GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Dondurulmuş Rusiya aktivlərinin oğurlanması qarşı tərəfin də eyni addım atmasına səbəb ola bilər”.
Globalinfo.az xəbər verir ki, bunu italiyalı senator Klaudio Borqin deyib.
“Başqalarının pulunun oğurlanmasının fəlakətlərə səbəb olmayacağını necə düşünə bilərsiniz? İlk ehtimal odur ki, Rusiya da ölkəsindəki bütün xarici aktivləri müsadirə edə bilər”, – deyə o bildirib.
Qeyd edək ki, 2022-ci ildə Qərb ölkələri Rusiyanın təxminən 280 milyard dollar dəyərində dondurulmuş aktivlərini bloklayıb. Bunun təxminən 209 milyard dolları Belçikanın “Euroclear” depozitarında saxlanılır.
Hazırda Belçika Avropa Komissiyasının Ukraynaya təzminat krediti vermək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə etmək təşəbbüsünü qəti şəkildə qəbuledilməz hesab edir.
Əliyar Xəlil
Globalinfo.az