Rusiyadan Gürcüstana təklif

16.12.2025

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hurriyyet.az xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyi Moskvanın Tbilisi ilə münasibətləri bərpa etməyə hazır olduğunu bildirib və şərtini səsləndirib.
Rusiya Xarici İşlər Nazirliyinin MDB Ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kalugin bildirib ki, Gürcüstan Qərbin ölkəni Rusiya ilə qarşıdurmaya sövq etmək cəhdlərindən imtina edərsə, Rusiya Gürcüstanla münasibətləri normallaşdırmaq niyyətində ciddidir.
Kalugin deyib: "Rusiyanın Gürcüstanla münasibətləri normallaşdırmaq niyyəti ciddidir. Əsas odur ki, Gürcüstan Rusiya əleyhinə oyunlarda dəyərsiz qəpik kimi xərclənməsin. Tbilisi hazırda sağlam praqmatizm və xarici siyasətdə çoxvektorlu yanaşma meyli nümayiş etdirir."
"RİA Novosti" agentliyinin məlumatına görə, diplomat qeyd edib ki, Gürcüstan Rusiyaya qarşı "ikinci cəbhə"də iştirak etmək kimi düşüncəsiz Qərb ssenarisini rədd edərək, Rusiya əleyhinə sanksiyaların tətbiqindən imtina edib.
Kalugin deyib: "Məhz hazırkı rəhbərliyin balanslı və praqmatik siyasəti sayəsində Tbilisi ilə Moskva son zamanlar mühüm iqtisadi uğurlar qazanıblar və ölkələr arasında diplomatik münasibətlər olmasa da, real fayda gətirən aktiv əlaqələr mövcuddur".
Hürr Tərcüman

Share

Tweet

Email

Share

Share

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью