“Rusiyadan heç kim zəng etməyib” Simonyan

26.08.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın məsələsi ilə bağlı Rusiyadan heç kim zəng etməyib. O, bu barədə “Dojd” telekanalının efirində danışıb.

Ermənistan mediasının yaydığı məlumata görə, Simonyan ümid etdiyini bildirib ki, “heç kim zəng etməyəcək, çünki bunun heç bir mənası yoxdur”.

Simonyan əlavə edib ki, “Ermənistanın keçmiş prezidentinin və onun siyasi qüvvəsinin səsləndirdiyi ritorika” əsasən Moskvadan “danışan başlar” vasitəsilə səsləndirilən ritorika ilə üst-üstə düşür.

O, Koçaryan və ailəsinə qarşı aparılan axtarış və saxlanılmaları parlamentdə “Ermənistan” blokunun deputatı, Robert Koçaryanın oğlu Levon Koçaryanla Baş nazir Nikol Paşinyan arasında baş vermiş sözlü mübahisə ilə əlaqələndirmək cəhdlərini “gülünc” adlandırıb.

“Bu, mümkün deyil”, – deyə Simonyan bildirib və baş verənlərin siyasi təqib olması fikri ilə razılaşmayıb.

Onun sözlərinə görə, Robert Koçaryan və ailə üzvlərinin saxlanılması ilə bağlı cinayət işləri uzun müddət əvvəl başlanıb.

S.ELAY

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью