Rusiyadan HƏMAS a kritik zəng: Onları sərbəst burax!

24.01.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov HƏMAS Siyasi Bürosunun sədr müavini Musa Əbu Mərzuk ilə telefon danışığı aparıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Məlumata görə, telefon danışığında HƏMAS-ın saxladığı Rusiya vətəndaşları Aleksandr Trufanov və Maksim Xarkinin sərbəst buraxılması məsələsi müzakirə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью