Rusiyadan Hüseyn Həsənovla bağlı yeni xəbər

28.01.2026

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanlı bloger Hüseyn Həsənovun işi Moskva prokurorluğuna göndərilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Moskva Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

“Nəzarət orqanı iş üzrə ilkin istintaqın başa çatdığını bildirib. H.Həsənov külli miqdarda çirkli pulların yuyulmasında ittiham olunub. Məhkəmə onun barəsində qiyabi həbs qərarı verib və bloger axtarışa verilib”, – deyə bildirilib.

Müəyyən edilib ki, Hüseyn Həsənov əsl gəlirini gizlədib və Rusiya büdcəsinə 170 milyon rubldan (təxminən 3,7 milyon manat) çox vergi ödəməyib:

“Cinayət yolu ilə əldə edilən gəlirlərin qanuni görünməsi üçün bloger bir neçə maliyyə əməliyyatı aparıb. Bunun ümumi dəyəri 68 milyon rublu (təxminən 1,5 milyon manat) keçib”.

Qeyd edək ki, yanvarın əvvəlində Hüseyn Həsənovun daha bir borcu olduğu aşkar edilmişdi.

Günel Cəlil
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью