Rusiyadan III Dünya müharibəsi ilə bağlı xəbərdarlıq

17.07.2025

Icma.az bildirir, Gununsesi portalına istinadən.

ABŞ generalı Kristofer Donahunun qeyd etdiyi Qərbin Kalininqrad bölgəsinə mümkün hücumu III Dünya müharibəsinə səbəb ola bilər.

Gununsesi.info xəbər verir ki, bu fikri Rusiyanın hərbi müxbiri Aleksandr Kots “Telegram” kanalında bildirib.

Kots qeyd edib ki, belə bir addımın nəticələrini proqnozlaşdırmaq son dərəcə çətindir.

“Kalinqrad vilayətinə hücum III Dünya müharibəsinin başlanğıcı olacaq və bu, qaçılmaz olaraq nüvə zərbələri mübadiləsinə gətirib çıxaracaq. Bu avantüranın nəticəsini heç bir təlimdə proqnozlaşdırmaq mümkün deyil”, – hərbi müxbir qeyd edib.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью