Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
` Rusiya qondarma Abxaziya və Cənubi Osetiya Respublikalarından olan şəxslərə vətəndaşlıq verilməsi prosesini asanlaşdırıb.
Artıq illərdir sözügedən şəxslərin Rusiya vətəndaşlığını alması üçün imkanlar genişləndirilir.
Paralel olaraq isə Qarabağdakı keçmiş qondarma rejimin erməni sakinlərin Ermənistandan xarici ölkələrə köçü artıb.
Onların bir qisminin birdəfəlik Rusiyaya getdiyi bildirilir. Bu məsələ Bakı-Moskva gərginliyi fonunda bir sıra suallar doğurub.
Artıq Kremlin əlində illərdir münaqişə vasitəsi olan Qarabağ problemi həll edilib, həmçinin Azərbaycanla Ermənistan arasında da sülh istiqamətində müsbət irəliləyiş var.
Maraqlıdır, Rusiya bu ölkəyə köçən Qarabağ ermənilərinə də vətəndaşlığın verilməsi prosesini asanlaşdıra, gələcəkdə onların Qarabağa qayıtması tələbini irəli sürə bilərmi?
Globalinfo.az-a danışan Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib ki, Abxaziya və Cənubi Osetiya uzun illər ərzində Gürcüstanın tərkibində olub: “Bu separatçı rejimlər 2008-ci ildə Rusiyanın dəstəyi ilə Gürcüstanın tərkibindən ayrılaraq özlərini qondarma müstəqil dövlətlər elan etdilər.