Rusiyadan İrana çəkiləcək qaz kəməri Azərbaycandan keçəcək

17.01.2025

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya və İran Azərbaycandan keçən qaz kəməri marşrutu ilə bağlı razılığa gəliblər və tədarükün qiymətinin razılaşdırılması üzrə danışıqlar yekun mərhələdədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın energetika naziri Sergey Tsivilyev bildirib.

“Hazırda danışıqların yekun mərhələsindəyik - qiymətin təsdiqi üzərində işləyirik. Həcmlər artıq müəyyən edilib. Qiymət həmişə kommersiya məsələsidir, kompromis axtarışıdır, ona görə də hər iki tərəfdən işçi qrupları yaradılıb və mütəxəssislər qiymət müəyyənləşdirilməsinə yanaşma hazırlayır”, - o deyib.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin bəyan etmişdi ki, Rusiyadan İrana qaz kəmərinin çəkilməsi layihəsi davam edir, birinci mərhələdə tədarük potensial olaraq 2 milyard kubmetr təşkil edəcək və perspektivdə bunu 55 milyard kubmetrə çatdırmaq imkanı var.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью