Rusiyadan İrana xəbərdarlıq: Qəbuledilməzdir!

11.06.2026

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Moskva Yaxın Şərq münaqişəsinin tərəflərini regionda tammiqyaslı müharibəni yenidən başlada və münaqişənin həlli üçün davam edən səyləri poza biləcək addımlardan çəkinməyə çağırır.

Axar.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bəhreynli həmkarı Əbdüllətif bin Rəşid əl-Zəyani ilə danışıqlardan sonra verdiyi açıqlamada deyib.

"Rusiya ardıcıl olaraq iştirak edən tərəfləri tammiqyaslı müharibəni yenidən başlada və fikir ayrılıqlarının aradan qaldırılması üçün davam edən səyləri poza biləcək addımlardan çəkinməyə çağırıb. Rusiya Bəhreyni və digər ərəb ölkələrini suverenliyini və ərazi bütövlüyünü qorumaqda qətiyyətlə dəstəkləyir və orada yerləşən mülki infrastrukturlara hücumları qəti şəkildə qəbuledilməz hesab edir", - deyə o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью