Rusiyadan İranla bağlı ŞOK qərar Artıq ehtiyac duymur KONKRET

25.06.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Rusiya artıq Ukraynada müharibə aparmaq üçün İranın yardımına ehtiyac duymur.

KONKRET.az xəbər verir ki, Financial Times nəşri Rusiyanın artıq Ukraynaya qarşı apardığı müharibədə İranın birbaşa hərbi yardımına ehtiyac duymadığını yazıb.

Mənbənin məlumatına görə, Rusiya artıq Shahed-136 tipli kamikadze dronlarını daxildə geniş miqyasda istehsal edə bilir. Bu isə Tehranın təqdim etdiyi texnoloji biliklər, çertyojlar və təlimlərin nəticəsidir.

Nəşr qeyd edir ki, bu addım Rusiya üçün daxili hərbi istehsal imkanlarını artırmaqla yanaşı, onu xarici asılılıqdan da qismən azad edir.

Natiq Səlim,
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью