Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistan Avropa Birliyi (AB) ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim etməli olacaq. Lakin başa düşmək lazımdır ki, Ermənistanın maraqlarına Aİİ-yə üzvlüyünü qoruyub saxlaması uyğundur.
Axar.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.
"Rusiya öz mövqeyi barədə olduqca açıq və səmimi danışır: başqa bir istiqamətə yönəlmək alınmayacaq.
Üstəlik, biz başa düşməliyik ki, AB hazırda bir neçə il əvvəlki AB deyil. Bu, o cümlədən Rusiya ilə münasibətlər kontekstində də belədir. Ona görə də seçim etmək lazımdır. Əlbəttə ki, Ermənistanın maraqlarına uyğun olan Aİİ-yə üzvlüyünü qoruyub saxlamasıdır. Çünki bu üzvlük ölkəyə həqiqətən də ciddi üstünlüklər verir. Faktlar göstərir ki, Aİİ-də iştirak Ermənistan üçün əmtəə dövriyyəsinin və ÜDM-in artımı baxımından faydalıdır. Lakin təbii ki, seçim Ermənistanın və erməni xalqının öz ixtiyarındadır. Biz isə bu seçimin mümkün qədər tez edilməsini istəyirik",- o bildirib.
Rusiyanın bəzi Ermənistan məhsullarının ölkəyə idxalına tətbiq etdiyi müvəqqəti məhdudiyyətlərə toxunan diplomat bildirib ki, bu məsələdə Rusiya bazarına, o cümlədən Aİİ üzvü olan ölkələrdən gətirilən məhsulların təhlükəsizliyinə cavabdeh olan "Rospotrebnadzor" və "Rosselxoznadzor" qurumlarının rəsmi mövqeyini əsas götürür.