Rusiyadan İrəvana yeni təklif

29.09.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Ermənistan Atom Elektrik Stansiyasının (AES) istismar müddətinin 2036-cı ilə qədər uzadılması planlaşdırılır. Lakin onun fəaliyyətinin 2046-cı ilə qədər davam etdirilməsi iqtisadi cəhətdən məqsədəuyğun deyil.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Rosatom"un baş direktoru Aleksey Lixaçev İrəvanın "Zvartnots" hava limanında keçirilən mətbuat konfransında açıqlayıb.

Onun sözlərinə görə, Metsamor AES-in 2031-ci ilə qədər fəaliyyətini təmin etmək üçün tələb olunan işlərin əksəriyyəti artıq tam başa çatdırılıb.

"Ekspertlərin fikrincə, stansiyanın istismar müddətinin 2036-cı ilə qədər uğurla uzadılacağına heç bir şübhə yoxdur", - deyə Lixaçev bildirib.

O qeyd edib ki, nəzəri cəhətdən stansiyanı modernləşdirib 2046-cı ilə qədər istismar etmək mümkündür, lakin bu, yüz milyonlarla dollar həcmində kapital qoyuluşu tələb edər. Xüsusilə, bura reaktor korpusunun təkrar tavlanması və istifadə olunmuş nüvə yanacağı anbarı hovuzlarının genişləndirilməsi üzrə işlər daxildir.

Lixaçevin hesablamalarına görə, belə xərclər istehlakçılar üçün elektrik enerjisi qiymətlərinin ikiqat artmasına səbəb ola bilər. Buna görə də, alternativ olaraq, "Rosatom" yeni atom elektrik stansiyasının tikintisinə diqqət yetirməyi təklif edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью