Rusiyadan Kiyevə hücum: ÖLƏNLƏR VƏ YARALANANLAR VAR

24.09.2026

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya qüvvələrinin Kiyevə kütləvi raket hücumu nəticəsində 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.

Ukrayna tərəfinin məlumatına görə, hücum zamanı Kursk, Bryansk və Voronej vilayətlərindən ballistik və hipersəs raketləri buraxılıb. Paytaxtın bir neçə rayonunda raketlərin və onların qalıqlarının düşdüyü yerlər qeydə alınıb.

Podol rayonunda raket qalıqlarının doğum evinin yaxınlığına düşməsi nəticəsində binanın pəncərələri və fasadının bir hissəsi zədələnib. İlkin məlumata görə, tibb müəssisəsində xəsarət alan olmayıb, lakin onun yaxınlığındakı dayanacaqda bir nəfər ölüb.

Dnepr rayonunda raket qalıqları 16 mərtəbəli yaşayış binasının və fərdi evlərin həyətlərinə, həmçinin inzibati binaya düşüb. Darnitsa rayonunda isə raket qalıqlarından birinin avtomobil yoluna düşdüyü bildirilib.Yaralılardan dördü xəstəxanaya yerləşdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью