Rusiyadan Kiyevə raket hücumu 15 nəfər həyatını itirdi Video

23.11.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Ukraynanın paytaxtı Kiyev və ətraf bölgələrə Rusiyanın gecə saatlarında endirdiyi zərbələr nəticəsində azı 15 nəfər həyatını itirib.
Bizim.Media Ukrayna KİV-ə istinadən xəbər verir ki, Kiyevdən təxminən 45 kilometr şimalda yerləşən Dymer qəsəbəsində beşmərtəbəli yaşayış binasına endirilən zərbə nəticəsində binanın bir hissəsi çöküb.
 

Kiyev vilayətinin qubernatoru Tımur Tkaçenkonun “Telegram” kanalında verdiyi məlumata görə, hadisə nəticəsində Dymerdə azı 11 nəfər həlak olub. Dağıntılar altında qalan sakinlərin axtarışı və xilasetmə işləri davam etdirilib.


Bundan başqa, Kiyev vilayətinin Bila Tserkva şəhərində yaşayış evinə endirilən zərbə yanğına səbəb olub. Nəticədə daha bir nəfər həyatını itirib.
Gecə hücumları nəticəsində Kiyev vilayətində ümumilikdə azı 15 nəfərin öldüyü bildirilir.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью