Rusiyadan Köçəryanın həbsinə ilk REAKSİYA

26.08.2026

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

“Moskva Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbsindən sonra respublikanın qanuna və vətəndaşların hüquqlarına hörmətlə yanaşacağını gözləyir”.

Turkustan.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Ermənistandakı daxili siyasi hadisələr barədə şərh vermək istəməzdim. Yalnız baş verən hər şeyin qanuna uyğun olaraq həyata keçiriləcəyinə və respublikada bütün hüquqlara hörmət ediləcəyinə ümid edirəm”, – Peskov bildirib.

Qeyd edək ki, dünən Robert Köçəryan və oğlu Sedrak Köçəryana qarşı cinayət işi ilə bağlı Serj Sərkisyan Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırılmışdı./Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью