Rusiyadan Krım körpüsü ilə bağlı açıqlama: Başlandı!

22.11.2026

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya Baş nazirinin müavini Marat Xusnullin Krım körpüsünün bərpası üçün hazırlıq işlərinin başlandığını elan edib.

Axar.az xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Xusnullinin sözlərinə görə, mütəxəssislər iş qaydasını müəyyən ediblər, dizayner və inşaatçılardan ibarət komandalar yaradıblar və tikinti materialları təchizatçıları ilə əməkdaşlıq qurublar.

O, bildirib ki, əvvəllər Rusiya hakimiyyəti strukturun bərpası üçün iki variantı nəzərdən keçirirdi. İndi texniki həllər razılaşdırılıb və qarşıdakı işlər mərhələlərə bölünüb.

Qeyd edək ki, Ukraynanın 16 və 17 noyabrda Krım körpüsünə endirdiyi zərbələr nəticəsində nəqliyyat üçün nəzərdə tutulan hissə tamamilə dağılıb, həmçinin dağıntılar körpünün altından gəmi hərəkətini də mümkünsüz edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью