Icma.az bildirir, Bakupost saytına əsaslanaraq. Rusiya Ukrayna ərazisinə kütləvi raket zərbəsi endirib.
Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Rusiya Silahlı Qüvvələri Ukrayna hərbi-sənaye kompleksinin f
Qeyd olunub ki, raket zərbəsinin məqsədinə nail olunub, hədəfə alınmış bütün obyektlər vurulub.
Bundan başqa, Rusiya MN Silahlı Qüvvələrin Ukraynanın Donetsk vilayətinin Ukrainka yaşayış məntəqəsini ələ keçirdiyini də açıqlayıb.
Bakupost.az xəbər verir ki,çoxlu sayda ballistik və digər raketlər, eləcə də İran “Şahed”-lərindən istifadə olunub.
Ukrayna Prezidenti Volodimir Zelenski hücumla bağlı paylaşım edib.
Onun sözlərinə görə, yanvarın 15-i səhər Rusiya Ukraynaya 40-dan çox raket atıb: “Rusiyanın daha bir kütləvi zərbəsi.
Artıq qışın ortasıdır və rusların hədəfi dəyişməz olaraq qalır: bizim enerji sektorumuz”.