Rusiyadan Mingəçevirə gələn 14 yaşlı oğlan qəfil vəfat etdi

28.12.2024

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiyadan Mingəçevirə qonaq gələn 14 yaşlı uşaq qəfil dünyasını dəyişib.

"Unikal"ın məlumatına görə, hadisə gecə saatlarında Ş.İ.Xətai küçəsi 9 ünvanında yerləşən binanın mənzillərindən birində baş verib.

Belə ki, 2010-cu il təvəllüdlü Rusiya vətəndaşı Yusifov Aslan Asif oğlu qonaq olduğu evdə dünyasını dəyişib. Onun ölümünün səbəbləri hələ ki, məlum deyil.

İlkin məlumata görə, ölümündən öncəki son saatlarda ölən yeniyetmə yaxınları ilə birgə şəhərin tanınmış restoranlarından birində şam edib.

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью