Rusiyadan miqrantlarla bağlı daha bir qərar gözlənilir

02.05.2025

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dövlət Dumasının deputatı Yaroslav Nilov Rusiyaya gələn əcnəbilər üçün məcburi tibbi müayinənin tətbiq olunmasını təklif edib.

Axar.az xəbər verir ki, bu təşəbbüsə əsasən, miqrantlar sərhədi keçərkən İİV (QİÇS), Hepatit B və C, sifilis və vərəm xəstəliklərinin olmamasını təsdiqləyən son on gündə verilmiş tibbi arayış təqdim etməlidirlər.

Bundan əlavə, xarici vətəndaşların üzərilərində tibbi sığorta daşımaları da məcburi olacaq.

Hazırda miqrantlar ölkəyə daxil olduqdan sonra 30 gün ərzində tibbi müayinədən keçirlər. Rusiyada 90 gündən artıq qalan əcnəbilər üçün bu müayinə üç ay ərzində aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью