Rusiyadan NATO açıqlaması: Bu, Avropanı təhdid edir

04.04.2026

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“NATO-nun müdafiə xərclərinə ayırdığı böyük vəsaitlər Avropaya sabitlik və təhlükəsizlik baxımından heç bir əlavə dəyər qazandırmayıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Qurumun açıqlamasına görə, NATO hərbi xərclərə görə dünyada liderdir. Alyans ölkələri hər il müdafiəyə təxminən 1,4 trilyon dollar xərcləyir. Bu da qlobal hərbi xərclərin yarıdan çoxunu təşkil edir.

Bəyanatda vurğulanır ki, NATO-nun şərqə doğru genişlənməsi Avropanın təhlükəsizlik sisteminin zəifləməsinə gətirib çıxarıb.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью