Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NATO-nun Rusiya ilə uzunmüddətli münaqişəyə hazırlaşdığını bildirib.
Turkustan.az xəbər verir ki, Zaxarova həftəlik mətbuat konfransını Komi Respublikasının paytaxtı Sıktıvkarda keçirib.
O, NATO ölkələrinin fəaliyyətləri səbəbindən Arktika bölgəsinin Rusiya ilə geosiyasi qarşıdurma meydanına çevrildiyini və alyansın burada hərbi üstünlük əldə etmək üçün addımlar atdığını deyib.
Zaxarovanın sözlərinə görə, NATO ölkələri Rusiyanın şimal sərhədlərinə yaxın ərazilərdə intensiv hərbi hazırlıqlar aparır, genişmiqyaslı hərbi təlimlər keçirir və alyansın hərbi strukturuna yeni elementlər əlavə edirlər.
“NATO-nun hərbi potensialını artırmaq planları məhdud çəkindirmədən Rusiya ilə potensial olaraq uzunmüddətli münaqişəyə hazırlığa keçidi göstərir. Şimaldakı bu cür fəaliyyətlər təhlükəsizliyimizə birbaşa təhdid yaradır. Rusiya zəruri hallarda bu təhdidləri aradan qaldırmaq üçün bütün hərbi-texniki vasitələrindən istifadə etməyə hazırdır”, – deyə, Zaxarova bildirib.
Aytən Yaşar/ Turkustan.az