Rusiyadan neft alan Hindistana ABŞ dan SƏRT XƏBƏRDARLIQ

17.09.2026

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Nümayəndələr Palatası Rusiyadan enerji asılılığını azaltmaq məqsədilə Çin, Hindistan və digər ölkələrə qarşı sərt rüsumların (100%-dək) tətbiqini nəzərdə tutan qanun layihəsini qəbul edib. Nyu-Dehli isə mövzu ilə bağlı Vaşinqtona sərt xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Hindistan Xarici İşlər Nazirliyi yayıb.
Qurumdan bildirilib ki, ölkə bazar konyunkturasını nəzərə alaraq müxtəlif mənbələrdən neft almağa davam edəcək və iqtisadi maraqlarını qorumaq üçün bütün lazımi tədbirləri görəcək.
Dünyanın üçüncü ən böyük neft idxalçısı olan Hindistan Rusiya neftinin əsas alıcılarından biridir. Analitiklər hesab edirlər ki, yeni rüsumların tətbiqi ehtimalı iki ölkə arasında ticarət danışıqlarını mürəkkəbləşdirə və sazişin bağlanmasını ləngidə bilər.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью