Rusiyadan növbəti SƏRT ADDIM Bu dəfə miqrant ailələri hədəf alındı DETALLAR

31.01.2026

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Federasiyasının Dövlət Duması miqrant işçi ailələrinin Rusiyaya girişini qadağan edə bilər.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumatda deyilir ki, Dövlət Dumasının deputatları hazırda bu məsələni müzakirə edirlər.
Yeni düzəlişlərə əsasən, Rusiyaya gələn miqrantlar müəyyən müddət işləyəcək və sonra ölkəni tərk edəcəklər. Bu şərtlər daxilində miqrant ailələrinin ölkədə qalmasına icazə verilmir.
Belə bir qərarın qəbul edilməsi Rusiyaya miqrasiya edən soydaşlarımıza necə təsir edəcək?
 

MÖVZU İLƏ BAĞLI:
Rusiyada bu miqrantlara vətəndaşlıq və yaşayış icazəsi verilməyəcək


Sualı Bizim.Media üçün cavablandıran Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, əgər Dövlət Duması miqrant işçi ailələrinin Rusiyaya girişini qadağan edərsə, bu, xüsusilə işləmək üçün orada yaşayan soydaşlarımıza ciddi təsir göstərə bilər:
“İşçi miqrantlar yalnız müəyyən müddət işləyə biləcək və sonra ölkəni tərk etməli olacaqlar. Bu isə ailələrin birlikdə yaşamasını çətinləşdirəcək, uşaqların təhsili və ailə həyatında sabitlik azalacaq. Soydaşlarımız ya təkbaşına işləmək, ya da ailələrini ölkəyə gətirə bilməmək kimi çətin seçimlərlə üzləşə bilər. Həmçinin sosial və hüquqi təminatlar məhdudlaşa bilər. Nəticədə uzun müddətli planlar qurmaq çətinləşəcək”.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью