Rusiyadan növbəti təzyiq: dənizçilərimiz təhqir olundu Qadağa qoyuldu

16.07.2025

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


İyulun 8-də Rusiyanın Tuapse limanında Liberiya bayrağı altında üzən “Asia Minor” quru yük gəmisində ciddi yoxlama aparılıb. Səbəb isə ekipaj üzvləri arasında azərbaycanlıların olmasıdır. Sərhədçilərin onlarla olduqca kobud davrandığı bildirilir.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Sərhədçilər azərbaycanlı heyət üzvləri Sədi Abbasov və Elmar Şıxməmmədovu ayrıca dindiriblər, onların telefonlarını, messencer yazışmalarını və fotoşəkillərini araşdırıblar. Sorğu zamanı onlara təhqiramiz suallar verildiyi, o cümlədən Qarabağ mövzusunun qabardıldığı qeyd olunur.

Yoxlamadan sonra dənizçilərə Rusiya limanlarını ziyarət etməyə şifahi qadağa qoyulub.

Aysel,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью