Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyanın Londondakı səfirliyi Kalininqrad vilayətinə mümkün blokada və ya hücum cəhdinə nüvə silahları da daxil olmaqla bütün vasitələrlə cavab veriləcəyi barədə xəbərdarlıq edib.
Sherg.az xəbər verir ki, səfirlik NATO-nun Kalininqradı blokadaya ala biləcəyi ilə bağlı xəbərlərə münasibət bildirərək belə bir addımın ciddi nəticələr doğuracağını vurğulayıb.
Açıqlamada Rusiyanın NATO və Avropa ilə qarşıdurma istəmədiyi, lakin hər hansı hücuma uyğun şəkildə cavab verəcəyi bildirilib.