Rusiyadan Polşaya diplomatik cavab

19.11.2025

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Qdanskdakı Baş Konsulluğunun bağlanmasına cavab olaraq Polşanın Rusiyadakı diplomatik və konsulluq mövcudluğunu azaldacaq.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. 

Elə həmin gün Polşa Rusiyanın Qdanskdakı son Baş Konsulluğunu bağlamaq qərarını açıqlamışdı.

Bundan əvvəl, 18 noyabrda Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış Rusiyanı Polşanın şimal-şərqində qeydə alınan təxribat aktında iştirak etməkdə ittiham etmişdi. 

Ağarza Elçinoğlu


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью