Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyada pilotsuz uçuş aparatlarının (PUA) etibarlılığını artırmaq məqsədilə yeni yanacaq və sürtkü yağları hazırlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiya Silahlı Qüvvələrinin Logistika və Dəstək İdarəsinin qərargah rəisi, general-leytenant Vladimir Konovalov bildirib ki, qabaqcıl pilotsuz sistemlərdə istifadə üçün yeni və təkmilləşdirilmiş yanacaq və sürtkü yağları hazırlanıb. Onun sözlərinə görə, bu məhsullar komponentlərin və yığımların etibarlılığını artırır.
General qeyd edib ki, idxalın əvəzlənməsi çərçivəsində xarici istehsal olan ondan çox yanacaq və sürtkü yağı Rusiya istehsalı olan məhsullarla əvəz edilib.
Aytəkin TOFİQQIZI