Rusiyadan Qara dəniz açıqlaması

27.12.2024

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya Qara dənizin neftlə çirklənməsinə qarşı mübarizəni davam etdirir.

"Cebheinfo.az" xəbər verir ki, dekabrın 15-də Kerç boğazında iki tankerin batması nəticəsində neft dənizdə geniş əraziyə yayılıb.

Çirklənmədən ən çox təsirlənən yerlərdən biri də məşhur kurort şəhəri Anapadır.

Könüllülər də təmizlik işlərinə dəstək verirlər.

Rusiya Fövqəladə Hallar Nazirliyi indiyədək Krasnodar vilayətində 40 kilometr sahilin neftdən təmizləndiyini açıqlayıb.

Təmizlik işlərində 10 min nəfərin iştirak etdiyi və 21 min ton neftlə isladılmış qumun toplandığı bildirilir.

Qeyd olunur ki, çirklənmədən bu quşları ilə yanaşı balıqlar da əziyyət çəkir.

Dekabrın 15-də Rusiya ilə Krım yarımadası arasında yerləşən Kerç boğazında güclü fırtına nəticəsində bir neft tankeri batıb, digəri isə quruya çıxıb.

50 ildən çox istifadədə olan iki tankerin ümumilikdə 62 min barel neft daşıdığı açıqlanıb.

Regionun son illərin ən böyük ekoloji fəlakəti ilə üzləşə biləcəyi vurğulanıb.

Ləman İsmayıl
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью