Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Uinston Çörçil ABŞ-yə səfəri zamanı məşhur Fulton çıxışı (5 mart 1946) ilə “soyuq müharibə”nin əsasını qoydu. Sonra SSRİ-yə qarşı ideoloji-informasiya müharibəsi başlandı”.
Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Qulu Məhərrəmli deyib.
“Əsasən radioların (“Amerikanın səsi”, “Azadlıq”, BBC, “Alman dalğası”, “Monte Karlo” və s.) apardığı bu psixoloji müharibəni ABŞ prezidenti R.Reyqan və İngiltərənin Baş naziri M.Tetçer qalibiyyətlə başa çatdırdılar, yəni SSRİ-ni dağıtmağa nail oldular. İndi dünya həmin dünyadır, Rusiyadan qaynaqlanan təhlükələr də həminkidir, Böyük Britaniya da həmin əhvaldadır… amma təkcə ABŞ-də hava başqadır”, - deyə o, bildirib.
Vasif