Rusiyadan qorxulu qərar Putin yeni nüvə doktrinasını təsdiqlədi

19.11.2024

Manset saytına istinadən Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin yenilənmiş nüvə doktrinasını təsdiqləyib.

Manset.az bu barədə Rus mediasına istinadən xəbər verir.

ABŞ-nin Ukraynaya uzunmənzilli raketlərin Rusiya ərazisində istifadəsinə icazə verməsindən sonra qəbul edilən qərar dünya paytaxtlarında narahatlıq yaradıb. Qərardan sonra Kremlin verdiyi açıqlamada Rusiyanın suverenliyinə təhlükə yaranacağı təqdirdə "nüvə silahından istifadə etmək hüququnu özündə saxladığı" bildirilib.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Ukraynanın ATACMS raketlərindən Rusiya ərazisində istifadə etmək hüququnu tanıyıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью