Rusiyadan rəsmi etiraf: Şimali Koreya döyüşçüləri Kurskda bizimlə vuruşublar

26.04.2025

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Kursk vilayətinin Ukrayna Silahlı Qüvvələrindən azad olunması və bu əməliyyatda Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) döyüşçülərinin rolu ilə bağlı yayılan məlumatları şərh edib.

Turkustan.az xəbər verir ki, Rusiya rəsmisi Şimali Koreyanın döyüşlərdə iştirakını rəsmən etiraf edib.

Zaxarova bildirib ki, Rusiya tərəfi KXDR-dən olan dostlarını heç vaxt unutmayacaq. O, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun açıqlamasına diqqət çəkərək qeyd edib ki, Koreya döyüşçüləri Kursk vilayətində rus əsgərləri ilə çiyin-çiyinə vuruşaraq, qəhrəmanlıq və dözümlülük nümayiş etdiriblər.

“Biz dostlarımızı heç vaxt unutmayacağıq,” – Mariya Zaxarova vurğulayıb./teleqraf

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью