Rusiyadan Sərkisyan açıqlaması: “Planlı şəkildə öldürülüb”

03.02.2025

Teleqraf.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Donetsk Xalq Respublikası”nın (Ukraynanın işğal edilmiş vilayəti – red.) Boks Federasiyasının rəhbəri Armen Sərkisyana qarşı sui-qəsd sifarişlidir və əvvəlcədən planlaşdırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS-a Rusiyanın hüquq-mühafizə orqanlarına istinadla məlumat verib.

“Sərkisyana qarşı sui-qəsd çox diqqətlə planlaşdırılıb və sifariş edilib. Hazırda müstəntiqlər icraçıları və sifarişçiləri müəyyənləşdirirlər”, - agentliyin mənbəsi bildirib.

Xatırladaq ki, bu gün səhər saatlarında paytaxt Moskvada bir yaşayış kompleksininin girişi yaxınlığında partlayış baş verib. Hadisə nəticəsində ermənilərdən ibarət “Arabat” batalyonunun komandiri Armen Sərkisyan ölüb.

Hadisə ilə bağlı cinayət işi başlanıb.

Əlavə edək ki, “Arabat” Ukrayna ilə müharibədə Rusiya tərəfində döyüşür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью