Rusiyadan silahları ikiqat ucuz alırdıq Köçəryan

29.01.2026

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Bizim başqa yerlərdən silah almaqda heç vaxt problemimiz olmayıb".

"Unikal" xəbər verir ki, bunu Ermənistan Respublikasının ikinci prezidenti Robert Köçəryan deyib. 

O, baş nazir Nikol Paşinyanın KTMT üzvlüyünün digər mənbələrdən silah alınmasına mane olduğu barədə açıqlamasına belə reaksiya verib: "Sadəcə olaraq, Rusiya ilə qiymət baxımından elə endirimlərimiz var idi ki, gedib eyni silahı ikiqat ucuz alırdıq. Baha olan başqa yerdən almaq axmaqlıq olardı. Bununla yanaşı, həmin silahın saxlanması ilə nə etmək, "sursat dəstini" necə gətirmək barədə suallar yaranırdı. Bütün məsələlərdə ciddi problemlər yaranırdı.

Belə bir termin var: "silah zooparkı". Bu, olduqca problemlidir, buna görə də bir çox ölkələrin böyük ölkələrdən bir əsas tərəfdaşı var və ordunu həmin ölkənin silahları ilə doldururlar". 

Ağarza Elçinoğlu 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью