Rusiyadan şok: Müharibəyə görə bizə kompensasiya ödənilməlidir!

27.07.2026

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Rusiya Ukrayna ilə müharibə nəticəsində dəymiş ziyana görə Avropadan kompensasiya tələb edəcək.

Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq siyasət komitəsinin sədr müavini Aleksey Çepa deyib.

Onun sözlərinə görə, köhnə qitə ölkələri münaqişəyə verdikləri "töhfəyə" görə bunun əvəzini ödəməlidir:

"Biz Avropadan kompensasiya tələb edəcəyik və bu məsələ daim gündəmdə saxlanılacaq. Tam əminəm ki, bizim Avropanı bunu etməyə məcbur edəcək qədər gücümüz var. Bundan əlavə, Rusiya Qərbdə dondurulmuş 300 milyard dollar həcmində aktivlərini də geri qaytarmaq niyyətindədir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью