Rusiyadan Ukraynaya DƏHŞƏTLİ ZƏRBƏ Çox sayda ÖLƏN VAR

29.08.2026

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Rusiyanın Kiyev vilayətinin Buçansk rayonunda silah-sursat anbarına PUA-larla hücum etdiyi bildirilir. Partlayışdan sonra ətrafdakı yaşayış binaları və qocalar evi zərər görüb.

Turkustan.az xəbər verir ki, ilkin məlumata görə, detonasiya nəticəsində 27 nəfər həyatını itirib, 42 nəfər yaralanıb.

Ölənlərin 20-dən çoxunun qocalar evinin sakinləri olduğu bildirilir. Partlayışın gücü ətraf ərazilərdə ciddi dağıntılara səbəb olub.

Ukrayna Prezidenti Vladimir Zelenski sursat anbarının yaşayış zonasında yerləşdirilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılacağını bildirib.

Zelenski hadisənin bütün təfərrüatlarının araşdırılacağını və məsul şəxslərin qanun qarşısında cavab verəcəyini açıqlayıb. /Musavat.com/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью