Rusiyadan Ukraynaya təklif İyunun 2 də...

28.05.2025

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu iyunun 2-də İstanbulda keçiriləcək.

Milli.Az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Vladimir Medinskinin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti memorandum hazırlayıb və onu Ukrayna tərəfinə təqdim etməyə hazırdır.

Lavrov qeyd edib ki, memorandumun hazırlanmasında bütün mövqelər əhatə olunub və bu sənəd müzakirələr üçün əsas olacaq.

Danışıqların məqsədi münaqişənin nizamlanmasına nail olmaqdır.

İsmayıl
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью