Rusiyadan vətəndaşlarına İranla bağlı ÇAĞIRIŞ

05.11.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya Xarici İşlər Nazirliyi İran İslam Respublikası ətrafında vəziyyətin yenidən gərginləşməsi riskinin qalması ilə əlaqədar ölkə vətəndaşlarına müvəqqəti olaraq bu ölkəyə səfər etməkdən çəkinməyi tövsiyə edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“İran ətrafında yeni eskalasiya riskləri fonunda Rusiya vətəndaşları üçün tövsiyələrimiz əvvəlki kimi qüvvədədir. Vəziyyət nizamlanana qədər, əvvəlki tövsiyəmizə uyğun olaraq, hələlik bu ölkəyə səfər etməkdən müvəqqəti çəkinməyi məsləhət görürük”, – deyə o qeyd edib.

Diplomat İran ərazisində olan Rusiya vətəndaşlarını daha diqqətli olmağa, insanların kütləvi toplaşdığı yerlərdən, ictimai tədbirlərdən, eləcə də hərbi və dövlət obyektlərinin yaxınlığındakı ərazilərdən uzaq durmağa çağırıb.

XİN nümayəndəsi vəziyyəti diqqətlə izləməyin, İran hakimiyyətinin rəsmi məlumatlarını əsas götürməyin və onların göstərişlərinə ciddi əməl etməyin vacibliyini vurğulayıb.

O, foto və video çəkilişlərlə bağlı məhdudiyyətlərə xüsusi diqqət çəkib. M.Zaxarova kritik əhəmiyyətli nəqliyyat və enerji infrastrukturu obyektlərinin, xüsusilə də hərbi infrastrukturun foto və video çəkilişinin qətiyyən tövsiyə olunmadığını bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью