Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Fevralın 15-də Xarkov vilayətindəki səkkiz yaşayış məntəqəsi Rusiya hücumuna məruz qalıb.
Bakıvaxtı.az Ukrinform-a istinadla xəbər verir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri paylaşım edib.
Məlumata görə, hadisə nəticəsində 5 nəfər yaralanıb.
Qeyd olunub ki, Bohoduxiv rayonunun İvaşki kəndində fərdi ev və yardımçı tikili zərər görüb, Kupyansk rayonunun Tetyanivka kəndində isə fərdi ev və iki avtomobilə ziyan dəyib.
Əli Hüseynov