Rusiyadan xəbərdarlıq: “Tbilisi Kiyev təcrübəsini unutmasın”

02.12.2024

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


“Tbilisinin gözləri qarşısında Ukraynanın acınacaqlı təcrübəsi var. Ona görə də onlar başa düşürlər ki, Rusiya ilə belə bir qarşıdurma nəyə gətirib çıxarır”.
Reyting.az
xəbər verir ki, bunu Rusiya Federasiya Şurası Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov hazırda Gürcüstanda cərəyan edən hadisələrə münasibət bildirərkən deyib.
V. Cabarov daha sonra əlavə edib:
“Biz Gürcüstanda nə diplomatik nümayəndəlik, nə də konsulluqla təmsil olunmadığımız üçün ancaq məmurların bəyanatlarına və onların hərəkətlərinə görə qiymət verə bilərik. Gürcüstan ikinci Ukrayna olmayacaq”.
ELÇİN

Ana səhifəyə dön


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью