Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qərb ölkələrinin Ukraynaya yeni uzaqmənzilli silahlar göndərmək qərarı fonunda danışıqların mümkünlüyünü müzakirə etmək çətindir.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov danışıb.
Lavrov Avropa ölkələrinin Kiyevə əlavə uzunmənzilli silahlar tədarükü ilə bağlı razılaşmalarını şərh edərkən bu fikri səsləndirib.
Nazir qeyd edib ki, belə bir vəziyyətdə Ukrayna ilə danışıqlar barədə danışmaq çətin görünür.
“Bu fonda hər hansı bir danışıqlardan necə danışa biləcəyimizi bilmirəm”, – deyə Lavrov vurğulayıb.
Aytəkin TOFİQQIZI