Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Mayın 24-nə keçən gecə Rusiyanın Kiyevə kütləvi hücumu zamanı Albaniyanın Ukraynadakı səfiri Ernal Filonun iqamətgahına ziyan dəyib.
Axar.az xəbər verir ki, bu barədə Albaniyanın xarici işlər naziri Fərid Hoca X səhifəsində yazıb.
O, Rusiyanın Ukraynadakı mülki hədəflərə hücumunu pisləyib.
Hoca bildirib ki, səfirin yaşadığı mülkə ziyan vuran zərbə diplomatın həyatını riskə atıb.