Rusiyaİran müqaviləsi 47 maddədən ibarətdir Cəlali

13.01.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

İran və Rusiya arasında strateji hərtərəfli əməkdaşlıq müqaviləsi 47 maddədən ibarətdir və ikitərəfli münasibətlərin bütün sahələrini əhatə edir.

Axar.az xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali deyib.

“Bu müqavilə giriş hissəsindən və 47 maddədən ibarətdir. Onun imzalanması və həyata keçirilməsi ilə ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın səviyyəsi xeyli yüksələcək”, - o bildirib.

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkianın bu ay Rusiyaya səfəri çərçivəsində sazişin imzalanacağı gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью