Rusiyalı akademik: Ebolanın pandemiya potensialı aşağıdır

05.07.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 5 iyul, AZƏRTAC

Ebolanın pandemiya potensialı aşağıdır. Bu virus hava damcıları ilə ötürülmür.

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Təhsil Akademiyasının vitse-prezidenti və bu ölkənin Elmlər Akademiyasının akademiki, epidemioloq Gennadi Onişenko bildirib.

O, virusun yalnız çox yaxın təmas yolu ilə ötürülə biləcəyini deyib.

“Ebola halları Rusiya üçün heç bir təhlükə yaratmır, çünki virusun epidemioloji potensialı yoxdur. Ebola ölkəmizə gətirilsə belə, bu, böyük bir problem olmayacaq”, - deyə Onişenko vurğulayıb.

Qeyd edək ki, Ebola virusu hazırda dünyada sürətlə yayılmaqdadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью