Rusiyalı aktyor “Oskar”a namizəd oldu

23.01.2025

Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.


Rusiyalı aktyor Yura Borisov rejissor Şon Beykerin çəkdiyi “Anora” filmindəki roluna görə “İkinci planda ən yaxşı kişi rolu” nominasiyasında “Oskar”a namizəd olub.
Yeniavaz.com
xəbər verir ki, bu kateqoriyada namizədlər həmçinin Kiran Kalkin (“True Pain” filmindəki roluna görə), Edvard Norton (“Bob Dylan: Unknown”), Qay Pirs (“Brutalist”) və Ceremi Stronq (“The Apprentice”) olub.
Qeyd edək ki, bundan əvvəl Yura Borisov “Anora” filmindəki roluna görə “Qızıl Qlobus” və BAFTA mükafatına namizəd olub. Ən yaxşı ikinci plan aktyoru nominasiyasında “Qızıl Qlobus”a sonda Kiran Kalkin sahib oldu. BAFTA mükafatının qalibləri fevralın 16-da elan olunacaq.
“Oskar” mükafatlandırma mərasiminin martın 2-də keçirilməsi planlaşdırılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью