Rusiyalı aktyor Ukrayna müharibəsində öldü

02.02.2026

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiyalı aktyor Nikolay Tkaçenko Ukrayna müharibəsində ölüb.

Axar.az xəbər verir ki, bu barədə TASS-a onun anası İnna Tkaçenko məlumat verib.

“O, döyüş tapşırığından qayıdarkən həlak oldu. Tapşırığı yerinə yetirmişdi, lakin geri qayıdarkən həyatını itirdi. Hazırda oğlumun meyitinin harada olduğu məlum deyil”, – o bildirib.

İ.Tkaçenko qeyd edib ki, Nikolay ötən ilin iyununda müqavilə imzalayıb və o vaxtdan 76-cı qvardiya Pskov hava-desant diviziyasında xidmət edirdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью