Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyalı aktyor Nikita Kukuşkin Rusiya-Ukrayna müharibəsinin əleyhinə video çəkib.
Axar.az xəbər verir ki, bu barədə “Vot Tak” Teleqram kanalı məlumat yayıb.
“Mən müharibəyəm. Mənə öldürməyə kömək et. Sənə sadəcə heç nə etməmək lazımdır. Etiraz etmə. Haqqımda danışma. Xəbərlərlə maraqlanma. Evlərini itirənlərə kömək etmə. Müdafiə olunanları dəstəkləmə. De ki, çar istisna olmaqla, hamı günahkardır. Patriarşie Prudidə latte iç. Ətrafında binalar yanmırmış, insanlar həlak olmurmuş, talelər dağılmırmış kimi yaşamağa davam et. Mənə bir yaxşılıq et: heç haqqımda düşünmə”, – Kukuşkin “hər şey qaydasındadır” kimi davranan həmvətənlərinə ironik şəkildə müraciət edib.
Qeyd edək ki, Kukuşkinin videosu 1971-ci ildə Vyetnam müharibəsinə qarşı çəkilmiş ABŞ sosial reklamına istinaddır. Həmin videoda aktyor Henri Fonda kameraya müraciət edərək özünü müharibə kimi təqdim edir və insanları müharibəyə qarşı etiraz etməməyə çağırır. Kukuşkinin videosunda da həmin reklamın mətn və ideyasından istifadə olunub.