Rusiyalı alim ABŞ də həbs edilib

15.05.2025

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiyalı alim Kseniya Petrova ABŞ-da qurbağa embrionlarını qaçaqmalçılıq yolu ilə keçirtdiyinə görə həbs edilib və onu 20 ilə qədər həbs cəzası gözləyir.

Bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Petrova Boston hava limanına çatan kimi ABŞ Gömrük və Sərhəd Mühafizəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məmurlar əlavə yoxlama üçün onun baqajını götürüblər və bu zaman içərisində pəncəli qurbağa embrionlarının olduğu qutu aşkar ediblər.

İttihama görə, sorğu-sual zamanı Petrova ölkəyə daxil olarkən bioloji materialın bəyan edilməsinin vacibliyinə əmin olmadığını bildirib. ABC televiziya şirkətinin qeyd etdiyi kimi, məhkəmə iclasında Ədliyyə Nazirliyinin nümayəndələri alimin Rusiyaya deportasiya edilməsində israr ediblər. Petrovanın işi üzrə növbəti məhkəmə iclası mayın 28-nə təyin edilib.

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью