525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiyalı alpinist, hər iki ayağı amputasiya olunmuş Rüstəm Nəbiyev yalnız əllərinin köməyi ilə Everesti fəth edib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, alpinizm tarixində bir ilkdir.
Keçmiş desantçı olan Nəbiyev 2015-ci ildə Omskda kazarmanın partlaması nəticəsində ağır xəsarət almışdı. Sonradan həkimlər onun hər 2 ayağını amputasiya etmişdilər. Fiziki qüsura baxmayaraq, alpinizmlə məşğul olan Nəbiyev Everestə kimi Elbrus, Kazbek, Kilimancaro və bir neçə başqa zirvəni fəth edib.
Qeyd edək ki, Rüstəm Nəbiyev milliyətcə tatlardır. O, 1992-ci ildə Başqırdıstanın Çekmaquş kəndində dünyaya gəlib.
L.Tağıyeva