Rusiyalı basketbolçunun taleyi bu gün məlum olacaq

01.10.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Bu gün Paris məhkəməsi iyun ayında Fransada kibercinayətkarlıq ittihamı ilə saxlanılan 26 yaşlı rusiyalı basketbolçu Daniil Kasatkinin ABŞ-yə ekstradisiyasına dair sorğuya baxacaq.

İdman.biz xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə yerli vaxtla 14:00-da (Bakı vaxtı ilə 16:00-da – red.) başlayacaq.

ABŞ-nin təqdim etdiyi və hakimin istinad etdiyi ekstradisiya orderinə əsasən, D.Kasatkin ABŞ-də internet dələduzluğuna görə 5 il, texnologiya fırıldaqçılığına görə isə 20 ilə qədər həbs cəzası gözləyir.

Xatırladaq ki, sentyabrın 10-da keçirilən prosesdə müstəntiq hakim idmançıdan ekstradisiyaya razı olub-olmadığını soruşub. D. Kasatkin ekstradisiyadan imtina edib. İndi isə məhkəmə onun ABŞ-yə ekstradisiya edilib-edilməməsinə qərar verməlidir.

Qeyd edək ki, D.Kasatkin SSKA idman məktəbinin yetirməsidir. O, “Ximki” və Milli Basketbol Assosiasiyasının(MBA) klublarında çıxış edib.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью