Rusiyalı bloqer Lerçek Putinə müraciət edərək Çinə getmək istəyib

13.11.2026

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiyalı bloqer Valeriya Çekalina (Lerçek) əfv olunması üçün Rusiya Prezidenti Vladimir Putinə müraciət edib. Sherg.az xəbər verir ki, bu barədə onun vəkili Konstantin Tretyakov məlumat verib.

Bildirilib ki, onkoloji xəstəlikdən müalicə alan bloqer Çində müalicəsini davam etdirmək istəyir. Lakin şərti məhkumluğu səbəbindən məhkəmənin icazəsi olmadan ölkəni tərk edə bilmir.

Vəkilin sözlərinə görə, müraciət prezidentin elektron qəbuluna və Federal Penitensiar Xidmətə göndərilib. Müdafiə tərəfi həmçinin Çekalinanın xaricə getməsinə icazə verilməsi üçün məhkəməyə müraciət edib.

Qeyd edək ki, Lerçek qanunsuz yollarla xaricə 250 milyon rubldan artıq vəsait çıxarmaqda təqsirləndirilərək 5 il şərti azadlıqdan məhrum edilib və 760 milyon rubldan çox cərimələnib. Bloqer ittihamları qəbul etmir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью